“Sumqayıt”da yeni baş məşqçi

“Sumqayıt”da yeni baş məşqçi

Samir Abasov “Sumqayıt”ın baş məşqçisi təyin olunub. Bunu klubun mətbuat xidməti açıqlayıb.

44 yaşlı PRO kateqoriyalı mütəxəssislə 2024/25 mövsümünün sonuna qədər müqavilə imzalanıb. O, bu postdan istefaya göndərilən Aleksey Baqanı əvəzləyib.

Abasov 2011-2014-cü illərdə futbolçu kimi “Sumqayıt”ın şərəfini qoruyub və 2015-2018-ci illərdə də çalışdırıb. O, futbolçu karyerasında “Viləş”, “Şəfa”, “Şahdağ”, “Neftçi”, “Qarabağ”, “Karvan” və “İnter” klublarında da çıxış edib.

Abasov məşqçi kimi isə “Zirə” və “Neftçi” klublarında çalışıb. Karyerası ərzində 3 dəfə Azərbaycan çempionluğu yaşamış Abasov 2 dəfə futbolçu kimi, 1 dəfə isə məşqçi kimi bu uğura nail olub.

ETOPAZ

Əvvəlki yazı

Macarıstanın kapitanı karyerasını bitirdiyini açıqladı

Növbəti yazı

Günün kuponu – 27.09.2022