“Qarabağ” axtarışlara start verdi

“Qarabağ” axtarışlara start verdi

“Qarabağ” Futbol Akademiyası bölgələrdə futbolçu axtarışına start verib. Bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Azərbaycan çempionu bununla bağlı futbolçu seçimləri elan edib. Seçimlərdə 2010, 2011, 2012, 2013, 2014, 2015-ci il təvəllüdlülər iştirak edə bilərlər.

“Qarabağ” istedad axtarışı Qusar və Şirvanda gerçəkləşəcək. Seçimlər mayın 2-də saat 11:00-dan etibarən Qusar rayonunun Şirvanlı kənd stadionu, ertəsi gün saat 17:00-dan etibarən Şirvan şəhər Olimpiya İdman Kompleksində keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov 134-cü pillədə

Növbəti yazı

“Borussiya”dan Matsen qərarı