Mərc Bələdçisi

1.Qeydiyyat

Qeydiyyat 3 mərhələdən ibarətdir

  • İlk olaraq cinsiyyət seçilir: Cənab/Xanım
  • Ad, soyad və doğum tarixi qeyd edilir
  • E-poçt ünvanı daxil edilir

2.Mobil nömrə və Şəhər nömrəsi

3.Şifrə təyin edirsiniz və daha sonra eyni şifrəni təsdiqləyirsiniz:

  • Valyuta olaraq yalnız AZN ola bilər
  • Bonus kodu boş buraxılır
  • Şərtlər və qaydalar sözünə klik edərək qaydaları oxuyur və qəbul edərək qeydiyyatı tamamlayırsınız.
  • Daha sonra ekranda üzv nömrəsi əks olunacaq.
  • Ən son olaraq e-mail ünvanına daxil olaraq göndərilən linkə tıklayaraq hesabı aktiv edirsiniz.

Pul Köçür. Etopaz saytında aşağıda qeyd olunan üsullarla depozit etmək mümkündür.

1.Bank kartı– Kart vasitəsilə minimum depozit 1 Azn təşkil edir.

2.Milliön və Emanat terminalları vasitəsilə Minimum depozit 1 Azn təşkil edir. (Komissiya faizi yoxdur)

Milliön Terminalı:  Mərc oyunları bölməsi seçilir > Üzv nömrəsi daxil edilir > Məbləğ daxil edilir

Emanat Terminalı: Əyləncə oyunları > Üzv nömrəsi daxil edilir > Məbləğ daxil edilir

3.Portmanat kod və ya Portmanat hesab vasitəsilə ödəniş etmək mümkündür. Minimum depozit 1 Azn təşkil edir.

Bir qayda olaraq qeyd edirik ki, Etopaz tərəfindən «Pul Köçür» əməliyyatları zamanı komissiya faizi tutulmur

   

Pul Götür. Etopaz saytında aşağıda qeyd olunan üsullarla depozit etmək mümkündür.

1.Bank kartı – Bank kartı vasitəsilə minimum pul götür məbləği 3 Azn təşkil edir. Hesabınızda olan vəsaiti karta yönəltmək üçün ilk öncə öz şəxsiyyət vəsiqənizin ön və arxa tərəfinin şəklini, «Şəxsi məlumatlarım» bölümündən “sənəd yüklə” bölümünə daxil olub yükləyin və ya WhatsApp nömrəmizə göndərin (+994502860166). Daha sonra «Pul götür» bölümündən kartı seçib, məbləği qeyd edin. Daha sonra açılan səhifədə kartınızın 16 rəqəmini qeyd edin.

2.Cash – Hesabınızda olan vəsaiti nəğd vasitəsi ilə əldə etmək üçün «Şəxsi məlumatlarım» bölümündən “sənəd yüklə” bölümünə daxil olub, vəsiqənizin hər iki tərəfinin şəkilini yükləyin və ya WhatsApp nömrəmizə göndərin (+994502860166). Daha sonra pul götür bölümündən CASH (pulqabı işarəsi) bölməsindən çıxarış edə bilərsiniz. Əməliyyatınız təsdiq edildikdən sonra, «Gələnlər» bölməsinə Kod və bankların siyahısı göndəriləcək. Uduşunuzu Kapital Bank ATM-dən və ya adları qeyd olunan bankların hər hansısa birinin filialından əldə edə bilərsiniz.

3.Portmanat – Şəxsi məlumatlarım bölümündən sənəd yüklə bölümünə daxil olub, vəsiqənizin hər iki tərəfinin şəkilini yükləyin və ya WhatsApp nömrəmizə göndərin (+994502860166). Daha sonra pul götür bölümündən çıxarış edə bilərsiniz. Portmanat və Etopaz hesabınızda qeyd olunan əlaqə nömrəniz eyni olmalıdır.

Oyun qaydaları

1.Hakimin Video Köməkçisi (HVK) (ingilis dilində – Video Assistant Referee (VAR)) sisteminin tətbiq edilməsi nəticəsində hər hansı bir edilmiş mərcə təsiri nəzərə alınır. Hər hansı bir oyunda baş verən mühüm bir hadisədən sonra qəbul edilən qərarlar edilmiş mərclərin etibarsız hesab edilməsinə gətirib çıxara bilər. Etibarsız mərclər mühüm hadisənin baş verdiyi vaxtdan HVK vasitəsilə verilən yekun qərarın rəsmi olaraq elan edildiyi vaxta qədər edilmiş mərcləri əhatə edir.

2.Bəzi futbol matçlarının fərqli oyun cədvəlləri ola bilər. Bu halda, aşağıdakı qaydalar tətbiq edilir:

  • 90 dəqiqəlik cədvəlləşdirilmiş oyun (3 x 30 dəqiqə). Bütün oyunu əhatə edən mərclər hələ də etibarlı hesab edilir. Bu zaman Hissə (Taym) mərcləri etibarsız hesab edilir.
  • 80 dəqiqəlik cədvəlləşdirilmiş oyun (2 x 40 dəqiqə). Bütün mərclər hələ də etibarlı hesab edilir.

3.Hər hansısa bir oyun proqramda qeyd olunan vaxtdan daha tez başlayarsa,mərclər necə hesablanır?

  • Hər hansı bir oyun proqramda qeyd olunan vaxtdan əvvəl keçirilərsə, həmin oyun başlamadan əvvəl edilən mərclər etibarlı, digər bütün mərclər isə etibarsız hesab olunur.

4.Hər hansısa bir oyun 2-ci hissədə təxirə salınarsa, mərclər necə hesablanır?

  • Əsas vaxtın başa çatmasından əvvəl dayandırılmış oyun üzrə bütün mərclər, oyunun keçirildiyi ölkənin yerli vaxtına əsasən eyni gündə yenidən təşkil edilib oynanılarsa mərclər yekun nəticəyə əsasən hesablanır. Dayandırılmış oyun eyni gündə baş tutmazsa, həmin oyun əmsal 1 olaraq hesablanacaq. İstisna olaraq, nəticəsi artıq bəlli olan mərclər dəyərləndiriləcəkdir.

5.Basketbol oyunlarında Over Time (Əlavə Vaxt) hesablanır?

  • Basketbol oyununda bütün mərclər Over Time (Əlavə Vaxt) daxil olmaqla hesablanır.Həmçinin 2-ci hissə və 4 – cü mərhələ üzrə edilmiş bütün mərclər Over Time (Əlavə Vaxt) daxil olmaqla hesablanır

6.«Öz mərcini yarat» nədir?

  • «Öz mərcini yarat» funksiyası sizə bir oyuna,bir neçə seçim etmək imkanı yaradır
  • Mərc etdiyiniz oyuna minimum 2,maksimum isə 6 seçim edə bilərsiniz.
  • Öz mərcini yarat funksiyası ilə mərc edilən kuponlara 2-ci bir oyun əlavə etmək mümkün deyil
  • Futbol və Basketbol oyunları üçün aktivdir