“Real” “Lill”in müdafiəçisini istəyir

“Real” “Lill”in müdafiəçisini istəyir

“Real” heyətini gücləndirmək niyyətindədir. Klub müdafiə xəttinə yeni futbolçu qatmağa hazırlaşır.

“Kral klubu”nu təcili addım atmağa vadar edən səbəblər var. Naço Fernandes yayda komandadan gedəcək, David Alaba ağır zədədən dönəcək.

Klub rəhbərliyi bu mövqeyə alacağı futbolçunu da müəyyənləşdirib. “Lill”in 18 yaşlı müdafiəçisi Leni Yoro “Real”ın transfer siyahısında ön sıradadır. Digər klubların da hədəfində olan arxa xətt oyunçusunun müqaviləsi 2025-ci ilin yayında bitəcək. Bu üzdən onun fransalılar tərəfindən satılması istisna deyil.

ETOPAZ

Əvvəlki yazı

Markinyoşa xüsusi mükafat

Növbəti yazı

Günün kuponu – 27.04.2024