Millimiz Qazaxıstanla qarşılaşacaq
Azərbaycan millisinin daha bir rəqibi müəyyənləşib. Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Millimiz yoldaşlıq oyununda Qazaxıstanla qarşılaşacaq. İyunun 11-dəki matç Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.