Xesus Navas ömürlük “Sevilya”da
“Sevilya” qeyri-adi müqavilə ilə diqqətləri özünə cəlb edib. İspaniya təmsilçisi əfsanəvi futbolçusu Xesus Navasla ömürlük müqavilə imzalayıb.
38 yaşlı futbolçu növbəti mövsümün dekabrına qədər matça çıxacaq. Bundan sonra Xesus klubda istədiyi vəzifədə işləyə bilər.
Xatırladaq ki, Navas “Sevilya” forması ilə çıxdığı 684 oyunda 34 qol, 119 asistə imza atıb.