“Sumqayıt”dan Anqola klubuna “Sumqayıt”un futbolçusu Pedro Pintonun yeni adresi bəlli olub. Portuqaliyalı müdafiəçi karyerasını Anqolada davam…
“Qarabağ” xal fərqini 4-ə endirdi Azərbaycan Premyer Liqasında XVIII tura yekun vurulub. Günün son matçı…
“Neftçi”dən inamlı qələbə Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Son oyun gününə Mərdəkanda start…
Rüdigerə Asiyadan maraq “Real”ın müdafiəçisi Antonio Rüdiger komandanı tərk edə bilər. 32 yaşlı müdafiəçiyə “Əl-İttihad”dan…
Futbol
Basketbol
Udineze – Roma ÜST2.5
Son turlar stabil çıxış etməyən “Roma” liderlər qrupunda yerini qoruyub. Paytaxt təmsilçisi lider “İnter”dən 9 xal geri qalır. Son 3 ildə baş tutan 6 matçın hamısında “Roma” “Udineze”yə qalib gəlib. Meydan sahibləri evdə ən yaxşı halda heç-heçəyə ümid edə bilər. Qonaqların məhsuldar nəticəylə qələbə qazanacağına mərc etməyi təklif edirəm.
Kocaelispor – Fənərbağça QOL/QOL
Türkiyə Çempionatında lider “Qalatasaray”dan 3 xal geri qalan sarı lacivərdlilər turnir cədvəlinin ortalarında qərarlaşan “Kocaelispor”un qonağı olacaq. Meydan sahibləri doğma meydanda etibarlı müdafiəsiylə seçilir. Bu mənada qonaqların səfərdə qələbə qazanması asan olmayacaq. Fikrimcə tərəflər meydanı qolsuz tərk eyməyəcək.
İroni Kiryat Şmona – Makkabi Təl Əviv 2
Liderlər qrupunda qərarlaşan qonaqlar avrokuboklar matçlarıyla birgə ardıcıl 4 oyundu qələbə qazanmır. “Kiryat Şmona” isə evdə stabil oynamır. Müdafiədə intizamsız çıxış edən meydan sahibləri əksər matçlar erkən qolla cəzalandırılır. Qonaqların qələbəsinə inam daha böyükdü.
Ər-Riyad – Əl Nəsr ÜST2.5
Səfərdə xal itirmək liderdən 3 xal geri qalan Kriştiano Ronaldonun komandasının planlarını poza bilər. Autsayderlərə yaxınlaşan “Ər-Riyad”ın heyətlə bağlı problemləri həll edilməyib. Ronaldo və dostlarının səfərdə qələbə qazanacağını düşünürəm. Kriştianonun ən azı 1 qol vuracağını fikirləşirəm.
Əl Hilal – Əl Əhli ÜST3.5
Turun mərkəzi görüşündə lider “Əl Hilal” üçüncü yerdə dayanan “Əl Əhli”ni qəbul edəcək. Matçın nəticəsi turnir cədvəlində lider mövqeyinə təsir edə bilər. Ona görə meydan sahibləri daha bərabərlik barədə düşünəcək. Heç-heçə “Əl Hilal”ı birinci pillədə saxlayacaq. Hər iki komandanın təcrübəli hücumçularının olduğunu nəzərə alaraq üst3.5 üzərindən mərc etməyi məsləhət görürəm.
Əl Okhdood – Neom 2
Autsayderlər qrupunu tərk edə bilməyən meydan sahiblərinin vəziyyəti qənaətbəxş deyil. Komanda 18 turda 2 qələbə qazanmaqla digər oyunlarda bərbad çıxış edib. 34 dəfə mərkəzə dəvət olunan “Əl Okhdood” təhlükəli hücum yaratmaqda çətinlik çəkir. “Neom”da hücum xəttinin zəif olması düşünməyə ciddi əsas verir. “Neom”un qələbəsinə mərc etməkdə risk görünmür.