Günün şansı – 23.04.2024
Minnesota Timberlvofs – Finiks Sans 1
Seriyanın ilk oyununda qalib gələn “Minnesota” meydan sahibi üstünlüyünü qorumaq üçün bu oyunda da qalib gəlməlidir. Cütlüyün mərhələ şansları bərabər qiymətləndirilir. İlk oyunda qazandığı inamlı qələbə “Minnesota”nın şanslarını artırır. Üstünlüyü qorumaq üçün meydan sahiblərinin bu matçda qalib gələcəyini düşünürəm.
Milvoki Baks – İndiana Peysers 2
İlk oyunda qalib gələn “Milvoki”nin əsas ulduzu Yannis Antetekumponun bu oyuna hazır olacağı gözlənilmir. Belə olacağı halda qonaqlar şanslarından maksimum istifadə etməyə çalışacaq. Matçın “İndiana”nın xeyrinə bitəcəyini düşünürəm.
Los Anceles Klippers – Dallas Meveriks 1
Turun ən maraqlı qarşılaşmalarından birində “Klippers” ilk oyundan qalib ayrılmaqla üstünlüyünü möhkəmləndirib. “Dallas”ın səfərdə “Klippers”i məğlub edəcəyini düşünmürəm. Matçın meydan sahiblərinin qələbəsi ilə yekunlaşacağını iddia edirəm.