Günün kuponu – 23.04.2024
Arsenal – Çelsi 2.5 ÜST
“Çelsi”nin son 9 oyunundan 7-si 2.5 Üst gəlib. “Zadəganlar”ın heyətində parlayan Koul Palmer 20 qolla İngiltərə Premyer Liqasının bombardiridir. London derbisinin favoriti “Arsenal” qonaqlardan fərqli çempionluq uğrunda mübarizə aparır. Bol qollu matç proqnozlaşdırıram.
Latsio – Yuventus 2.5 ALT
İlk matçda 2:0 hesabı ilə qələbə qazanan “Yuventus” bu üstünlüyü qorumaq üçün müdafiənin etibarlılığını düşünəcək. Buna görə da İtaliya Kubokunun Romada keçiriləcək cavab oyunundan çox qol gözləmirəm.
Lester – Sauthempton 1
Çempionşipin lideri olan meydan sahibləri Premyer Liqaya dönüşü təmin etmək üçün daha 2 oyun qalib gəlməlidir. “Lester” doğma arenada son 3 oyunda qələbə qazanıb və bu dəfə də rəqibindən daha şanslı görünür.