Sürpriz kupon – 23.04.2024
Arsenal – Çelsi QOL/QOL
“Çelsi”nin Palmeri varsa, “Arsenal”ın da Sakası var! Meydan sahibləri bir qədər uğurlu period keçirməsə də, çempionluq mübarizəsinə davam etmək üçün bu qarşılaşmada qalib gəlməlidir. Ötən tur “Everton”u 6:0 hesabı ilə darmadağın edən “Çelsi”nin isə ən azı 1 dəfə fərqlənməyə gücü çatar.
Latsio – Yuventus YOX/QOL
İqor Tudorun “Latsio”ya təyinatından 1 ay keçməsə də, komandası 3-cü dəfə “Yuventus”la üz-üzə gələcək. Xorvatiyalı mütəxəssis A Seriyasında keçmiş klubunu 1:0 udsa da, kubokdakı ilk görüşdə 0:2 uduzub. Bu dəfə də hər iki rəqibin qol vurmayacağını düşünürəm.
“Lester” – “Sauthempton”
İstənilən vaxt qol vuracaq: Ceymi Vardi
10 il əvvəl “Lester” Çempionşipdə qalib gəlib Premyer Liqaya yüksəldi. Həmin mövsüm Ceymi Vardi 16 qolla komandasının bu uğuru qazanmasında böyük pay sahibi oldu. Elitada, debüt mövsümündən bir il sonra möcüzəvi şəkildə çempionluğu bayram etdilər. Vardi isə Premyer Liqada sezonun futbolçusu seçildi. Bu isim Premyer Liqaya dönməyə yaxın olan “Lester”də yenə var – 37 yaşlı Vardi 15 qolla komandasının bombardiridir və həlledici mərhələdə ondan qol gözləməyə dəyər.