Harden 7-ci oldu

Harden 7-ci oldu

“Los-Anceles”in oyunqurucusu Ceyms Harden daha bir göstəriciyə imza atıb. “Klippers”in basketbolçusu NBA-da 15 mövsüm dalbadal pley-offda oynayıb.

O, bu göstəriciyə imza atan 7-ci basketbolçu olub. Siyahıya Karl Meloun və Con Stokton başçılıq edirlər. Hər iki basketbolçu 19 dəfə pley-off həyəcanı yaşayıb. Harden karyerası ərzində heç bir pley-offdan kənarda qalmayıb. Onun komandası seriyanın ilk oyununda “Dallas”sı 109:97 hesabı ilə məğlub edib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.04.2024

Növbəti yazı

Kannavaro “Udineze”də