Avropa çempionatında 26 futbolçu

Avropa çempionatında 26 futbolçu

UEFA AVRO-2024-ün iştirak ərizəsi ilə bağlı yekun qərarı açıqlayıb. Yığmalar final mərhələsində 26 futbolçu sifariş edə biləcəklər.

Qərar iyunun 7-dən qüvvəyə minəcək. Bu barədə UEFA rəsmı açıqlama verib: “İyunun 7-dən etibarən AVRO-2024-də komandaların iştirak ərizəsində futbolçuların sayı 23-dən 26-ya yüksələcək”.

Covid-19 pandemiyası ilə əlaqədar AVRO-2020-də UEFA heyətdəki futbolçuların sayını 26 yüksəltmişdi. Qurum bu dəfə də eyni addımı atıb.

Qeyd edək ki, Almaniyada təşkil olunacaq Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək davam edəcək.

ETOPAZ

Əvvəlki yazı

Roys “Borussiya”nı tərk edir

Növbəti yazı

Lopetegi “Vest Hem” yolunda