Sumqayıtda üç qol
“Sumqayıt” avrokubokların 2024/25 mövsümünə start verib. Samir Abasovun yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulub.
“Gənclik şəhəri” təmsilçisi “Fehervar”la ilk matçı evdə keçirib. Mehdi Hüseynzadə adına şəhər stadionundakı qarşılaşmaya fəal başlayan Sumqayıt hesabı açıb.
Səbuhi Abdullazadə qonaqların qapısına yol tapıb. Lakin Murad Xaçayevin qırmızı vərəqə almasından sonra qonaqlar say üstünlüyü qazanıblar.
Fasiləyədək hesabı bərabərləşdirən Macarıstan klubu ikinci hissənin əvvəlində daha bir qola sevinib. Bu, qonaqlara 2:1 hesablı qələbə qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.