Günün kuponu – 04.05.2024
Real Madrid – Kadis 1
La Liqada çempionluğa inamla irəliləyən “Kral klubu” zəif rəqibi ilə qarşılaşır. Yəqin ki, bu oyunda heç bir sürpriz nəticədən söhbət gedə bilməz. Favorit ev sahibləridir və əziyyət çəkmədən qələbəni bayram edəcəklərini düşünürəm.
Borussiya Dortmund – Auqsburq 1
Ev sahibləri hal hazırda 5-ci yerdə qərarlaşıb. Çempionlar Liqasında ilk oyundan qalib ayrılan və gələn il bu turnirə vəsiqəni rəsmiləşdirən “Dortmund”un yüksək əhval ruhiyyə ilə qalib gələcəyini güman edirəm. Düşünürəm ki, bu oyunda qonaqlar evə xalsız dönəcəklər.
Monako – Klermon 1
Hal hazırda 2-ci yer uğrunda 3 komanda arasında gərgin mübarizə gedir. Bu komandalardan biri də ev sahibləridir. Bu turda autsayderlə qarşılaşırlar. Fikrimcə, “Monako”nu açıq aşkar favorit adlandırmaq yerinə düşər.