Markinyoşa xüsusi mükafat
PSJ müdafiəçisi Markinyoşa xüsusi mükafat təqdim edib. Arxa xətt oyunçusu bütün turnirləri nəzərə almaqla 436-cı dəfə parislilərin forması ilə meydana çıxaraq mütləq rekord müəyyənləşdirib.
Markinyoş PSJ-nin keçmiş futbolçusu Yan-Mark Pilorjeni geridə qoyub. Bu əlamətdar hadisə ilə əlaqədar klub rəhbərliyi braziliyalını təltif edib. “Lion”la oyundan əvvəl o, xüsusi mükafata layiq görülüb.