Günün kuponu – 07.05.2024

Günün kuponu – 07.05.2024

PSJ – Borussiya Dortmund 1

Çempionlar Liqasında yarımfinalın cavab oyunları başlayır. Etopaz Parisdəki duelə mərc etməyi təklif edir. Almaniyada 1-0 hesablı qələbədən sonra Dortmund təmsilçisinin şansları yüksək qiymətləndirilmir. “Pari Sen Jermen” indiyədək evdə “Borussiya”ya uduzmayıb. Bu matçda Paris klubunun çətinliklə olsa belə uğur qazanacağını düşünürəm.

Bolton – Barnsley 2.5 ÜST

İngiltərə birinci liqasında da yarımfinal mərhələsinin oyunları keçirilir. 3 gün əvvəl “Bolton” səfərdə 3-1 hesablı qələbə qazanıb. Cavab matçında da meydan sahiblərinin şansı yüksək qiymətləndirilir. “Bolton”dan fərqli olaraq rəqibin heyətində itkiləri var. Ona görə “Bolton”un böyükhesablı qələbə qazanacağını düşünürəm.

Erqryute – Helsinqborq QOL/QOL

Yeni start verilən İsveç çempionatında 6-cı turun oyunlarına mərc etmək olar. Meydan sahibləri mövsümə yaxşı başlamayıb və buna görə də son pillədə qərarlaşıb. “Helsinqborq” isə 11-ci sırada yer alır. Hər iki tərəf uğursuzluğa son qoymağa çalışacaq. Ona görə qol-qol daha real seçim kimi görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün şansı – 07.05.2024

Növbəti yazı

Sürpriz kupon – 07.05.2024