Sürpriz kupon – 07.05.2024
Beşiktaş – Ankaragücü 1-ci qolu vuracaq – Beşiktaş
Türkiyə Kubokunda yarımfinalın cavab oyunu. “Beşiktaş” səfərdə 0-0 oynadığı Ankara təmsilçisini indi evdə qəbul edəcək. Meydan sahibləri son 13 ildə bu rəqibə uduzmayıb. Kubok matçları fərqli olduğuna görə istənilən nəticəyə hazır olmaq lazımdır. İlk qolun meydan sahiblərinin aktivinə yazılacağını düşünürəm.
Osnabryuk – Şalke 1-ci qolu vuracaq – Osnabryuk
Bundesliqada 2-də aşağı pillələrdə yer alan iki komanda üz-üzə gəlir. Meydan sahibləri liqanı tərk etmək ərəfəsindədir. Onları ancaq möcüzə xilas edə bilər. Turnir cədvəlinin daha yuxarısında olan “Şalke” nisbətən rahat oynayacaq. Sürpriz kuponda sürpriz mərc. Meydan sahiblərinin ilk qolu vuracağına ümid edirəm.
PSJ – Borussiya Dortmund PSJ qazanacaq və hər iki komanda qol
Yarımfinalın cavab matçında fərqli oyun gözləyirəm. Paris klubunun qələbəsinə inanmaqla yanaşı qonaqların asanlıqla təslim olmayacağını fikirləşirəm. Parisdə “qol yağışı” gözləməklə yanaşı “PSJ”nin finala çıxacağına inanıram. Ona görə seçim belədir: “PSJ” qələbə qazancaq və hər iki komanda qol vuracaq.