“Neftçi”dən antirekord

“Neftçi”dən antirekord

“Neftçi” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümündə səfər oyunlarında 23 qol buraxıb. Bu rəqəm XXXIII turun “Qarabağ”la matçından sonra belə yüksək həddə çatıb. Bakı klubu rəqib meydanlarında keçirdiyi 17-ci görüşdə antiekordunu təkrarlayıb.

“Neftçi”nin ölkə çempionatları tarixində bir mövsümdə ən çox səfər qolu buraxması 2013/14 mövsümündə qeydə alınmışdı. Həmin vaxt paytaxt klubu indiki kimi 23 top buraxıb. Həmin göstərici 10 ildən sonra təkrarlanıb.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”dan minimalhesablı qələbə

Növbəti yazı

“Sumqayıt” “12”yə çatdı