“Qarabağ” 3 xalı 4 qolla qazandı
Azərbaycan Premyer Liqasında 35-ci tura start verilib. İlk oyun günündə bir qarşılaşma baş tutub.
“Qarabağ” “Turan Tovuz”u qonaq edib. Hesabı meydan sahibləri açıb. Olavio Juninyo fərqlənib. Lakin tovuzlular ikinci yarıya fəal başlayıb. Emmanuel Hakmann və Luis Paçunun qolları ilə hesabda önə keçib. Buna baxmayaraq, ağdamlılar yenidən 2 qol vurub. Leandro Andrade və Mateus Silva adlarını tabloya yazdırıblar. Matçın sonlarında Hakmann dubla imza atsa da, Andrade komandasına qələbə qazandırıb – 4:3.