“Union”da ayrılıq
“Union”da ayrılıq baş verib. Berlin təmsilçisi Nenad Byelitsanı istefaya göndərib.
Xorvatiyalı mütəxəssis uğursuz nəticələrdən sonra qovulub. Komanda son 6 oyunda cəmi 2 xal toplayıb. 30 xalla 15-ci pillədə qərarlaşan “Union”u düşmə zonasından 1 xal ayırır. Son 2 turda komandaya Marko Qrote rəhbərlik edəcək.