Şventek çempion oldu
İqa Şvyontek Romada keçirilən “Masters” turnirinin qalibi olub. Polşalı tennisçi finalda Arina Sabalenkanı məğlub edib.
Bu, dünya reytinq cədvəlinin ilk 2 pilləsində qərarlaşan tennisçilərin ardıcıl 2-ci finalı olub. İki həftə öncə Madriddə keçirilən oyunda da Şvyontek qələbə qazanıb. İspaniya paytaxtında 2:1 hesabı ilə üstün olan polşalı bu dəfə 2 setdə kuboku başı üzərinə qaldırıb.