Konseysao “Porto” ilə yeni müqavilə imzaladı

Konseysao “Porto” ilə yeni müqavilə imzaladı

“Porto”nun baş məşqçisi Serjio Konseysaonun durumuna aydınlıq gəlib. Klub onunla yeni müqavilə imzalayıb.

Tərəflər arasında yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Konseysao 2017-ci ildən “Portu”ya başçılıq edir. 49 yaşlı mütəxəssis komandaya 3 çempionluq və 3 dəfə ölkə kuboku titulunu qazandırıb. “Əjdahalar” onun rəhbərliyi ilə 372 oyunda 268 qələbə qazanıblar, 49 oyunda heç-heçə və 55 görüşdə məğlubiyyət qeydə alınıb.

ETOPAZ

Əvvəlki yazı

Xavi “Barselona”da qalır

Növbəti yazı

Frimponqa İngiltərədən müştəri