Pyaniç milli karyerasını bitirdi
“Barselona”nın sabiq futbolçusu Miralem Pyaniç milli komanda ilə bağlı qərarını verib. Hazırda BƏƏ-nin “Əl Şərəcə” klubunda çıxış edən yarımmüdafiəçi Bosniya və Herseqovina yığmasındakı karyerasını başa vurub.
Bunu 34 yaşlı futbolçunun özü açıqlayıb. O, 16 il şərəfini qoruduğu milli ilə vidalaşıb. Bu müddətdə 115 matçda 17 qol vuran Pyaniç oyun sayında yalnız Edin Dzekodan (134) geri qalır.