“Liverpul”da 2 ayrılıq
“Liverpul”da 2 ayrılıq baş verəcək. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Premyer Liqa təmsilçisi Joel Matip və Tiaqo Alkantara ilə yollarını ayıracaq. Matip 8, Alkantara 4 mövsüm “Liverpul”un uğurları üçün çalışıb.
Qeyd edək ki, kamerunlu İngiltərə klubunda 201 oyunda 11 qol vurub. İspaniyalı isə 98 görüşdə 3 dəfə fərqlənib.












