Sürpriz kupon – 05.05.2024

Sürpriz kupon – 05.05.2024

Roma – Yuventus 1

Seriya A-da komandaları yuxarı pillələr uğrunda gərgin mübarizələr gözləyir. Meydan sahibləri Çempionlar Liqasına düşmək istəyir. Baş məşqçi dəyişikliyindən sonra “Roma” fantastik nəticələr göstərir. Baxmayaraq ki, rəqib “Yuventus”dur, böyük azarkeş dəstəyi ilə qələbə qazanmağa çox yaxındırlar.

Ayntraxt Frankfurt – Bayer Leverkuzen 1

Bundesliqanın çempionu çətin səfər oyununa çıxacaq. Qələbə ev sahibini avrokuboklara daha da yaxınlaşdıracaq. “Bayer” çempionluqla bərabər Avropa Liqası və Almaniya Kubokunu da qazanmaq istəyir. Düşünürəm ki, bu oyunda çempion birinci məğlubiyyətini ala bilər.

Volendam – Ayaks 2

Ev sahibi turnir cədvəlinin zirzəmisindədir. Rəqib isə yuxarı pilləyə qalxmaq istəyən “Ayaks”dır. Təbii ki, bu oyunda favorit qonaqlardır. Heç bir şans vermədən bu oyunda üç xal qazanacağını düşünürəm.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 05.05.2024

Növbəti yazı

Pyaniç milli karyerasını bitirdi