Sürpriz kupon – 18.05.2024
Leqanes – Sportinq Xixon Cüt şans 1X
Sona 3 tur qalmış ev sahiblərinin La liqaya qayıtma şansları yüksəkdir və evdə xal itirmək fikrində deyillər. Hal hazırda Sequndada 2-ci yerdə qərarlaşıblar. Qonaqlar da zəif rəqib deyil. Ona görə də, Cüt şans – 1X mərci məncə məqsədə uyğundur.
Leççe – Atalanta 2
Ev sahibləri bu mövsümü demək olar ki, orta sıralarda bitiriblər. “Atalanta” üçün isə son 3 oyun çox vacibdir. Xallar itirəcəkləri təqdirdə, “nüfuzlu turnir”ə vəsiqədən məhrum olacaqlar. Düşünürəm ki, ilk 5-likdə yerlərini möhkəmlətmək üçün bu oyunda qələbə qazanacaqlar.
Alaves – Xetafe 1
Son 5 turda “Alaves” yalnız “Real”a məğlub olub. Digər oyunlarda isə, güclü rəqiblərindən xal almağı bacarıb. Buna misal, doğma meydanda “Atletiko” üzərində qələbə, “Jirona” ilə heç heçə etməsini göstərmək olar. Hər iki komanda turnir cədvəlində 10-11-ci yerləri bölüşdürür. Bu oyun formal xarakter daşısa da, meydan sahibləri, mövsümün son ev oyununda yəqin ki, azarkeşlərini sevindirməyi bacaracaqlar.