Günün kuponu – 18.05.2024
Ştutqart – Borussiya Münhenqladbax 1
Bu mövsüm, ev sahibləri Çempionlar Liqasına vəsiqəni təmin ediblər. Son turda da qələbə qazanacaqları təqdirdə, eyni zamanda da “Bavariya” məğlub olarsa, çempionatı 2-ci yerdə bitirəcəklər. Qonaqlar üçün isə bu oyun formal xarakter daşıyır. Aşkar favorit meydan sahibləridir.
Beşiktaş – Hatayspor 1
Hər iki komanda üçün çox vacib oyundur. Ev sahibləri üçün ilk dördlükdə yer almaq, qonaqlar üçün isə Superliqada qalma şanslarını davam etdirmək. Amma, düşünürəm ki, “Qara qartallar” bu şansı qaçırmayacaqlar və çətinliklə də olsa 3 xalı qazanacaqlar.
Hoffenhaym – Bayern Münhen QOL/QOL
Son turda qonaqlar Bundesliqanı 2-ci yerdə başa vurmaq üçün ən azından 1 xala ehtiyacları var. Ev sahibləri də ilk 7-likdə yer almaq üçün 3 xal uğrunda mübarizə aparacaqlar. Ona görə də, açıq və bol qollu oyun olacağına inanıram.