Günün kuponu – 27.04.2024
Leypziq – Borussiya Dortmund QOL/QOL
Mövsümün bitməsinə bir neçə tur qalmış bu iki komanda arasında 4-cü yer uğrunda gərgin mübarizə davam edir. Hər ikisi meydana 3 xal üçün çıxacaq. Hansı komandanın qələbə qazanacağını demək çətindir. Açıq oyun gözlənilir. Ona görə də, məntiqli mərc qol-qol.
PSJ – Le Havr 1
Liderlə autsayderin qarşılaşması. Düşünürəm ki, artıq şərhə ehtiyac yoxdur. Favorit ev sahibləridir. Qazanacaqları halda çempionluğu rəsmiləşdirəcəyi üçün “PSJ”nin asan bir qələbə əldə edəcəyinə inanıram.
Şalke – Fortuna Düsseldorf QOL/QOL
Hər iki komanda hücum futboluna üstünlük verir. Mövsümdə vurduqları qolların sayı da yetərincədir. Statistikaya nəzər salsaq, öz aralarındakı oyunlarda da bol qollar olduğunu görürük. Fikrimcə, bu dəfə də ənənə davam edəcək.