Alberto “Napoli” yolunda
“Latsio”da ayrılıq baş verəcək. Luis Albertonun yayda komandanı tərk edəcək.
İspaniyalı yarımmüdafiəçi “Napoli”nin maraq dairəsindədir. Onun Roma klubu ilə 2027-ci il iyunun sonuna kimi müqaviləsi var. 2016-cı ildən “Latsio”da çıxış edən Luis yayda komandanı tərk etməyin əleyhinə deyil. Onun transfer dəyəri 14 milyon avro olduğu bildirilir. İspaniyalı ilə “Yuventus”un da maraqlandığı bildirilib.