Macarıstanın kapitanı karyerasını bitirdiyini açıqladı

Macarıstanın kapitanı karyerasını bitirdiyini açıqladı

Macarıstan yığmasında ayrılıq baş verib. Millinin kapitanı Adam Salai Millətlər Liqasında İtaliyaya qarşı keçirəcəkləri oyundan əvvəl beynəlxalq karyerasını başa vurduğunu açıqlayıb.

O, bu haqda danışarkən bildirib:

“Mən həmişə Macarıstan millisində oynamaq arzusunda olmuşam, ona görə də iki Avropa çempionatında iştirak etmək və kapitan olmaq mənim üçün böyük təcrübə olub. Son illər komanda ilə birlikdə gözəl anlar yaşadıq”.

34 yaşlı futbolçu 2009-cu ildən Macarıstan millisində çıxış edir. Onun hesabına 85 matçda 26 qol var.

ETOPAZ

Əvvəlki yazı

Modriçdən rekord

Növbəti yazı

“Sumqayıt”da yeni baş məşqçi