Sürpriz kupon – 21.05.2024
Rodez – Paris 1
Liqa 1-ə yüksəlmək üçün pley-off matçında iki bərabər səviyyəli rəqib üz-üzə gəlir. Bukmekerlər meydan sahiblərini favorit sayır. Mən də doğma meydan və azarkeş amilinin bu qarşılaşmada həlledici faktor ola biləcəyini ehtimal edirəm.
Katanzaro – Kremoneze 1
Bukmekerlər qonaqları favorit saysa da, bu prinsipial duelin ilk matçında meydan sahiblərindən qələbə gözləyirəm. “Katanzaro” azarkeşlərin dəstəyi ilə ev matçında qalib gəlməlidi ki, həlledici səfər qarşılaşmasına şanslı yollansın. A Seriyasına çıxmaq üçün yarımfinalın ilk oyununda meydan sahiblərinin qələbəsinə mərc edirəm.
Göteborq – Myalbü 2
İsveç futbolunun ən tanınmış klubu çoxdandır əzəmətini itirib və sıradan bir komandaya çevrilib. Ötən çempionatda 13-cü yer tutan “Göteborq” yeni mövsümə də uğursuz başlayıb və belə gedişlə yüksək liqada yerini qorumaq uğrunda mübarizə aparacaq. “Myalbü” isə liderlər qrupunda qərarlaşıb və zənnimcə, bu oyunda da qalib gəlmək üçün yaxşı imkanları var.