Qadın şahmatçımız Avropa çempionu oldu

Qadın şahmatçımız Avropa çempionu oldu

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu olub. 27 yaşlı zəka sahibimiz qadın şahmatçılar arasında fərdi Avropa çempionatının qalibi olub.

Təmsilçimiz Yunanıstanın Rodos adasında keçirilən yarışın çempionu adını qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. O, son turda Nino Batsiaşvili (Gürcüstan) ilə heç-heçə etməklə buna nail olub.

Qeyd edək ki, Ülviyyə iki il əvvəl qitə çempionatında 3-cü yeri tutub.

ETOPAZ

Əvvəlki yazı

Mövsümün rekordu

Növbəti yazı

Günün kuponu – 30.04.2024