Mövsümün rekordu

Mövsümün rekordu

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb. Bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.

Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.

ETOPAZ

Əvvəlki yazı

“Səbail” üçün yubiley

Növbəti yazı

Qadın şahmatçımız Avropa çempionu oldu