“Valensiya”dan La Liqa rekordu
La Liqanın 33-cü turunda “Barselona” “Valensiya” qarşılaşıb – 4:2. “Yarasalar” bu qarşılaşmada rekorda imza atıb.
Kataloniya klubu ilə səfər matçında rəqib futbolçuların yaş ortalaması 22 yaş 198 gün olub. Bu, 2005/06 mövsümündən bəri bütün komandalar arasında İspaniyanın yüksək divizionunda keçirilən matçda ən gənc start heyətidir.