Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Günün kuponu – 27.09.2022
Portuqaliya – İspaniya QOL/QOL
Qrupun qalibi məhz bu oyunda məlum olacaq. İspaniya ötən tur gözlənilmədən İsveçrəyə uduzdu – 1:2. Bu, ispanların 2003-cü ildən bəri rəsmi oyunlarda evdə ilk məğlubiyyətləri idi. Pireneylilər sonuncu dəfə Yunanıstana AÇ-2004-ün seçmə mərhələsində uduzmuşdular – 0:1.
Portuqaliya isə ötən tur səfərdə Çexiyanın qapısından 4 cavabsız top keçirdi. Kriştiano Ronaldo fərqlənməsə də, Dalotun 2-ci, komandasının 4-cü qolunda assist etdi.
İsveçrə – Çexiya 1
İyunda Praqada keçirilən oyunda Çexiya İsveçrə üzərində 2:1 hesabı ilə qələbə qazanmışdı. Odur ki, Murat Yakının komandası bu görüşə həm də revanş kimi baxır. Çexiya qrupda sonuncu yeri tutmamaq üçün qələbə qazanmalıdır. Amma bir neçə gün öncə İspaniyanı məğlub edən İsveçrəni səfərdə büdrətmək heç də asan deyil. Favorit meydan sahibləridir və onlar qrupda 3-cü qələbələrini qazana bilərlər.
Norveç – Serbiya QOL/QOL
Bu oyunda da qrupun qalibi məlum olacaq. Hər iki komanda 10 xal toplayıb və 1-2-ci yerləri bölüşürlər. Üç gün öncə Norveç Sloveniya səfərindən əliboş qayıtmasaydı, artıq 1-ci yeri özünə təmin edəcəkdi.
Serbiya isə ötən tur İsveçlə matçda 15-ci dəqiqıdə qapısında top görsə də, geridönüş edib rəqibi 4 dəfə cəzalandırdı – 4:1. Serbiyanın ən yaxşı bombardirlərindən biri – “Fulhem”in forvardı Aleksandr Mitroviç het-trik etdi. Qeyd edək ki, iyunda serblər öz meydanlarında Norveçə 0:1 hesabı ilə uduzmuşdular.
Maraqlı, gərgin bir oyun gözləyirəm, hər iki komandanın fərqlənmək imkanları olacaq.