Sürpriz kupon – 27.09.2022
İsveç – Sloveniya QOL/QOL
İsveç qrupda sonuncu olmamaq üçün bu oyundan qalib ayrılmalıdır. Yanne Anderssonun baş məşqçi olduğu komanda 3 gün öncə səfərdə Serbiyaya 1:4 hesabı ilə uduzub.
Sloveniyalılar isə son oyunda Norveçə 0:1 uduzduqları görüşü çevirə bildilər və 2 top vurdular – 2:1. “Zaltsburq”un 19 yaşlı hücumçusu Benjamin Sesko komandasına qələbə gətirən qolun müəllifi oldu.
İsveç son 2 görüşdə qapısından 7 top buraxıb. Sloveniyanın da müdafiə xətti ideal deyil.
Qol\qol variantı inandırıcı görünür.
Ukrayna – Şotlandiya QOL/QOL
6 gün əvvəl Şotlandiya “Hempden Park”da Ukraynaya heç bir şans vermədi – 3:0. Ümumiyyətlə, Aleksandr Petrakovun komandası həmin oyunu çox zəif keçirdi. Lakin son turda Ukrayna sfərdə Ermənistanın qapısından 5 cavabsız top vurub.
Şotlandiya isə 3 gün öncə İrlandiyanı məğlub etdi – 2:1.
Ukrayna qalib gəlsə, qrupu 1-ci yerdə başa vuracaq. Şotlandları isə heç-heçə də qane edir.
Şotlandiya son 3 görüşdə rəqiblərinin qapısından 9 top keçirib.
Albaniya – İslandiya ALT 2,5
Rusiyaya qadağa qoyulduğundan bu qrupda cəmi 3 komanda mübarizə aparır. İsrail artıq 1-ci yeri özünə təmin edib. Əsas mübarizə 2-ci sıranı tutmaq uğrunda gedəcək.
Albaniya son turda İsrailə səfərdə uduzdu – 1:2.
İslandiya isə Millətlər Liqasında son dəfə iyunda meydana çıxıb. Lakin İslandiya fasilədən istiafadə edərək Venesuela ilə yoldaşlıq oyunu keçirdi və 1:0 hesabı ilə qələbə qazandı.
Məncə, bu matçda elə də çox qol olmayacaq.
.