“Mançester Yunayted” Reşfordu satmağa hazırdır
“Mançester Yunayted”də ayrılıq baş verə bilər. Markus Reşford komandanı tərk etməyə yaxındır.
Klub rəhbərliyi onunla yollarını ayırmağa hazırdır. “Qırmızı şeytanlar” yayda təklifləri nəzərdən keçirəcək. İngiltərə yığmasının üzvü komandanın lideri funksiyasını öz üzərinə götürə bilməyib. “Mançester Yunayted” akademiyasının yetirməsi olan Reşford 60 milyon avroya satılması gözlənilir. Onun “qırmızı şeytanlar”la 2028-ci ilin yayına kimi müqaviləsi var.