Sürpriz kupon – 30.04.2024
Bayern – Real Madrid – 1-ci hissə/Real Madrid
Bayern öz meydanında daha əzəmətli, daha təhlükəlidir. Amma Real da hansısa rəqibdən çəkinən komanda deyil. Matçın favoriti almanlar sayılsa da, “Kral Klubu”nun azı ilk yarıda sürpriz edəcəyini düşünürəm.
Koventri – İpsviç – 1-ci hissə İpsviç
Hazırda Çempionşipdə 3cü sırada yer alan İpsviç bu oyunda qalib gələrsə premyer liqaya birbaşa vəsiqə verən 2-ci yerə yüksələcək. Hərçənd onlar son 4 oyunda qələbə qazana bilmir deyə, bu variant bir qədər riskli görünür. İddialı bir komandanın ardıcıl 5 oyun qələbəsiz qalmasına inanmıram. İspviçin elə matçın ilk yarısında qələbənin əsasını qoyacağını təxmin edirəm.
PSM Makassar – RANS Nusantra – 1-ci hissə 2
İndoneziya Liqasının son turunda RANS Nusantraya yalnız qələbə lazımdır. Bu halda onlar aşağı liqaya yuvarlanmaqdan xilas ola bilərlər. PSM Makassar komandası üçün isə nəticənin ciddi əhəmiyyəti yoxdur. Fikrimcə, qonaqlar ilk yarını hesabda öndə bitirməklə sürpriz edə bilər.