Sürpriz kupon – 28.05.2022
Liverpul – Real Madrid ÜST 2.5
Yurgen Kloppun komandası fantastik mövsümün son akkordlarını arzuladığı kimi vura bilmir. Premyer Liqada çempionluğu qaçırandan sonra növbəti fiasko ÇL-də ola bilər. Zədəli Fabinyo və Tiaqo Alkantaranın finalda iştirakının şübhə altında olması işləri daha da qəlizləşdirir.”Kral klubu” isə La Liqada çempionluğu çoxdan təmin etdiyindən dincəlməyə və finala rahat hazırlaşmağa xeyli vaxtı vardı. Amma bütün müsbət və mənfiləri nəzərə alan bukmekerlər “Liverpul”u favorit görür. Mənə görə isə oyunda ən məntiqli mərclərdən biri ÜST 2.5 ola bilər.
SD Amorebieta – Ponferredina ÜST 2.5
Bukmekerlerin favorit saydığı meydan sahibləri Sequndayla vida matçında azarkeşləri önündə özünü göstərməyə çalışacaq. Amma qonaqların ustalıq səviyyəsi daha üstündü və ciddi turnir əhəmiyyəti qalmayan qarşılaşmadan çoxlu qol gözləmək olar.
Luqo – Malaqa ÜST 2.5
Yaxın keçmişdə La Liqada və Avropada özünü göstərməyi bacaran “Malaqa” indi ağır dövr keçirir. Komanda yalnız son turda Sequndadakı yerini təmin edə bilib.Meydan sahibləri də liqada yerlərini qorumağı bacarıb və bu oyunda hər iki komanda öz hücum potensialını göstərməyə çalışacaq.