Günün kuponu – 26.04.2024
Frosinone – Salernitana – 1
“Salernitana” A Seriyasında qalmaq şansını itirdiyindən nəticənin onlar üçün ciddi əhəmiyyəti yoxdur. “Frosinone”nin isə elitada yerini qorumaq şansı qalır və bu cür motivasiyasız rəqiblə oyunda xal itirmək onlar üçün yolverilməzdir. Vəziyyəti nisbətən düzəltmək üçün “Salernitana” üzərində qələbə vacibdir. Fikrimcə, “Frosinone” bunu bacaracaq.
Bohum – Hoffenhaym 1-ci hissə cüt şans 12
Bundesliqada yerini qorumağa çalışan “Bohum”a 3 xal hava-su kimi lazımdır. Turnir cədvəlinin ortalarında yer alan “Hoffenhaym”ı isə matçın nəticəsi o qədər də düşündürməməlidir. Bol qol gözlədiyim bu matçda hedabdakı bərabərliyin fasiləyə qədər pozulacağını təxmin edirəm.
Adana Dəmirspor – Qalatasaray 2
Superliqada zirvədə qərarlaşan “Qalatasaray” çempionluğa çox yaxındır. Bunun üçün sadəcə, son 5 oyunda izləyicisi “Fənərbaxça” ilə 4 xallıq fərqi qorumaq da kifayət edəcək. Bu mövsüm üçün artıq heç bir hədəfləri qalmayan Adana klubunun yüksək çempionluq motivasiyası olan rəqibindən xal alacağını gözləmirəm.