Sürpriz kupon – 26.04.2024
Real Sosyedad – Real Madrid QOL/QOL
“Real” çempionluğun astanasındadır. Ötən tur əzəli rəqibi və ən yaxın izləyicisi “Barselona”nı da məğlub etdikdən sonra “Kral Klubu”na çətin ki, mane olan tapılsın. Ona görə San-Sebastyan səfərində “Real”ın futbolçularında motivasiya, oyuna köklənmə problemi ola bilər. Bu da meydan sahibinin işinə yarayacaq. Ümumiyyətlə, ötən mövsümlərdə də San-Sebastyandakı oyunlar əksər hallarda “Real” üçün çətin keçib. Bu matçda da qarşılıqlı qollar gözləyirəm.
Monpelye – Nant 1-ci hissə cüt şans 12
Son 4 turda 10 xal qazanan “Monpelye” ”düşmə zonası”ndan bir qədər uzaqlaşıb. 18 komanda arasında 14-cü yerdə gedən “Nant”ın turnir vəziyyəti isə daha pisdir. Açıq futbol gözləyirəm. Məncə, hesabdakı bərabərlik ilk hissədə pozulacaq.
Bohum – Hoffenhaym 1-ci hissə Bohum
“Hoffenhaym” avrokuboklara vəsiqə qazanan yerlərdən birini tutmaq şansını saxlayır. “Bohum” isə sanki “yaşamaq uğrunda mübarizə aparır”. Bundesliqada qalmaq üçün komanda son 4 oyunda rəqiblərini qabaqlamalıdır. “Bohum” “Hoffenhaym”a qarşı oynadığı son 3 ev matçının hamısında qələbə qazanıb. Fikrimcə, bu görüşdə “Bohum” azı 1-ci hissəni hesabda irəlidə bitirəcək.