Günün kuponu – 28.05.2022
Liverpul – Real Madrid QOL/QOL
Bir tərəfdə Salah, digər tərəfdə Benzema olan yerdə adamın ağlına ilk gələn variant Qol/Qol-du. Amma müsəlman bombardirlərsiz də superklubların hücum potensialı çox güclüdü.
SD Amorebieta – Ponferredina QOL/QOL
Liqadakı yerini itirən meydan sahibləri mövsümdə son oyuna çıxacaq. Sequndayla vidalaşan komanda “doğma divarlar” arasında böyük ehtimalla bütün keyfiyyətlərini göstərəcək. Daha güclü qonaqların da ciddi turnir motivasiyası yoxdu və onlara da bu qarşılaşmada rahat, stressiz və gözəl futbol sərgiləmək qalır.
Luqo – Malaqa QOL/QOL
Uğursuz mövsüm keçirən klublar Sequndadakı yerlərini qoruya bildikləri üçün sevinir. Bu məqsədlərinə çatan komandalar məhsuldarlıqları ilə seçilməsələr də, mövsümün heç nəyi həll etməyən son oyununda azarkeşlərini qollarla sevindirəcəklərinə inanıram.