Günün şansı – 28.05.2022

Günün şansı – 28.05.2022

Manresa – Real Madrid – 160 ÜST

Seriyanın ilk oyununda rəqibini inamla üstələyən “Real” bu mövsüm çempionluğu hədəf alıb. Mövsümü 7-ci pillədə bitirməklə pley-offa vəsiqə qazanan “Manresa” doğma azarkeşləri önündə daha yaxşı mübarizə aparacaq. “Real”ın qalib gəlmə istəyi, “Manresa”nın isə layiqli mübarizə ehtimalına görə bu matçın məhsuldar keçəcəyini iddia etmək olar. Komandaların birlikdə oyunun sonunda 160-dan çox xal atacağına inanıram.

Baskonia – Valensiya Basket Klub – 2

İlk oyunda cəmi bir xal fərqlə məğlub olan “Valensiya” təmsilçiləri növbəti mərhələ şanslarını riskə atıb. Komanda seriyanın ikinci oyununda mütləq qələbə qazanmalıdır. Bu səbəbdən “yarasalar”ın bu matçı qazanacağını düşünürəm.

Daruşşafaka – Fənərbaxça – 2

Seriyanın ikinci matçında qələbəni son anda əldən verən “Fənərbaxça” rəqibi “Daruşşafaka” ilə səfər matçına yollanacaq. Hərəyə bir qələbə qazanan komandaların növbəti mərhələ şansları bərabər görünsə də, “sarı-lacivert”lilər cütün taleyini bu matçda həll etməyə çalışacaq. Bu səbəbdən İstanbul təmsilçisinin qalib gələcəyinə inanıram.

İlkin Məmmədov

Əvvəlki yazı

Sürpriz kupon – 28.05.2022

Növbəti yazı

“Mayami”dən səfər qələbəsi