Yığmamızın heyəti bəlli oldu

Yığmamızın heyəti bəlli oldu

Millimizin AÇ-2024-ün seçmə mərhələsinin Avstriya və İsveçə qarşı keçirəcəyi oyunları üçün heyəti bəlli olub. Bunu AFFA-nın rəsmi saytı açıqlayıb. Canni De Byazi 27 futbolçuya dəvət göndərib:

Qapıçılar – Səlahət Ağayev (“Qəbələ”), Emil Balayev (“Səbail”), Yusif İmanov (“Sabah”);

Müdafiəçilər – Tellur Mütəllimov, Bəxtiyar Həsənəlizadə (ikisi də “Sabah”), Bəhlul Mustafazadə (“Qarabağ”), Cəlal Hüseynov (“Şamaxı”), Höccət Haqverdi, Azər Salahlı (ikisi də “Neftçi”), Anton Krivotsyuk (“Tecon Xana”, Cənubi Koreya);

Yarımmüdafiəçilər – Azər Əliyev, Eddi İsrafilov, Emin Mahmudov (hamısı “Neftçi”), Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç (hamısı “Qarabağ”), Ceyhun Nuriyev, Elvin Camalov, Aleksey İsayev, Namik Ələsgərov (hamısı “Sabah”), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland);

Hücumçular – Ramil Şeydayev, Musa Qurbanlı (ikisi də “Qarabağ”), Renat Dadaşov (“Qrasshopper”, İsveçrə), Rüstəm Əhmədzadə (“Zirə”), Mahi Emreli (“Konyaspor”, Türkiyə).

Qeyd edək ki, yığmamız martın 24-də Avstriya, 27-də isə İsveç yığması ilə səfərdə qarşılaşacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 18.03.2023

Növbəti yazı

Lukasdan vida