Lukasdan vida

Lukasdan vida

Braziliya millisinin və “Liverpul”un sabiq futbolçusu Lukas Leyva karyerasını başa vurub. Bunu oyunçunun özü açıqlayıb.

36 yaşlı braziliyalı ürəyindəki problemlər üzündən futbola vida edib. Son klubu “Qremio” olan Lukas ötən ilin sonunda karyerasını dayandırmalı olmuşdu. Buna səbəb müayinələrdən biri zamanı ürəyində aşkarlanan problem idi.

Qeyd edək ki, Leyva “Liverpul”da keçirdiyi 10 ildə Premyer Liqada 247 oyun keçirib. O, 2017-ci ildə keçdiyi “Latsio”nu ötən yay tərk edib.

ETOPAZ

Əvvəlki yazı

Yığmamızın heyəti bəlli oldu

Növbəti yazı

Ramosun PSJ qərarı