Sürpriz kupon – 18.03.2023

Sürpriz kupon – 18.03.2023

“Benfika” – “Gimaraynş” QOL/QOL

Portuqaliya çempionatının lideri, liqanın döyüşkən kollektivlərindən birini qəbul edəcək. Sözsüz ki, “Benfika”nın qələbə şansları daha yüksəkdi. Amma rəqib də sıradan biri deyil və ən azı 1 qol vuracaq potensialdadı. 

“Çelsi” – “Everton” 1 

Çempionlar Liqasında uğurlu çıxış edən “Çelsi” tədricən gözlənilən performansı sərgiləməyə başlayır. Premyer Liqada 10-cu sırada olan “zadəganlar”ın ÇL-ə vəsiqə qazanması çətin məsələdi. Amma hələ hər şey itirilməyib və elitada yerini qorumaq üçün mücadilə edən “Everton”dan 3 xal alınmasa, bu arzuların üstündən xətt çəkmək olar. 

“Mançester Siti” – “Börnli” ALT 3.5 

“Mançester Siti”nin keçmiş kapitanı Vensan Kompaninin baş məşqçisi olduğu “Börnli” Çempionşipin lideridi və bu il bir dəfə də olsun uduzmayıb. Xosep Quardiola böyük ehtimalla bu qarşılaşmada heyətdə rotasiya edəcək. Düşünürəm ki, mançesterlilər aşağı divizion təmsilçisi olan rəqibini ustalıqları sayəsində, özlərinə çox da əziyyət vermədən yenəcəklər. Amma çox qol vurulacağını da güman etmirəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 18.03.2023

Növbəti yazı

Yığmamızın heyəti bəlli oldu