Tyaqo Silva Droqbanın rekordunu arxada qoydu

Tyaqo Silva Droqbanın rekordunu arxada qoydu

Tyaqo Silva “Çelsi”nin tarixinə düşüb. Braziliyalı müdafiəçi London klubunda qol vuran ən yaşlı futbolçu olub. İngiltərə Premyer Liqasının XV turunun “Vest Hem”lə görüşündə (2:3) fərqlənən cənubi amerikalı 37 yaş 73 günlüyündə qol sevinci yaşayıb.

O, Didye Droqbanın rekordunu arxada qoyub. 2015-ci ildə “Lester”lə oyunda qol vuran afrikalı bunu 37 yaş 49 günlüyündə bacarıb.

Qeyd edək ki, Silva mövsümün 12 matçında 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” qış çempionu oldu

Növbəti yazı

Günün kuponu – 05.12.2021