“Qarabağ” qış çempionu oldu

“Qarabağ” qış çempionu oldu

Azərbaycan Premyer Liqasında XIII tura start verilib. İlk oyun günündə iki matç baş tutub.

Məhsuldar gün autsayderlərin dueli ilə başlayıb. “Keşlə” və “Səbail”in matçında 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.

Çempionatın lideri “Qarabağ” öz meydanında “Sabah”ı sınağa çəkib. 5:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri liderliyini möhkəmlədib. Bununla da Ağdam təmsilçisi qış çempionluğunu da təmin edib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Neftçi” “Sumqayıt”ı, “Zirə” “Qəbələ”ni qəbul edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin məğlubiyyətsizlik seriyası qırıldı

Növbəti yazı

Tyaqo Silva Droqbanın rekordunu arxada qoydu