Azərbaycan kubokunda 6-cı dəfə

Azərbaycan kubokunda 6-cı dəfə

Azərbaycan kubokunun 2023/24 mövsümünün finalına yüksələn “Qarabağ” və “Zirə” ikinci dəfə həlledici görüşdə üz-üzə gələcək. Bu komandalar 2021/22 mövsümündə də finalda qarşılaşıblar.

Yarımfinalı adlayan bu iki klub kubokun finalında bir dəfədən artıq qarşılaşacaq 6-cı cütdür. İndiyədək 5 duel yenidən finalda təkrarlanıb.

Kubok mövsümünün son matçında “Neftçi” – “Qarabağ” cütü üç dəfə qeydə alınıb. “Neftçi” – “Şəmkir”, “Kəpəz”  – “Qarabağ”, “Xəzər Lənkəran” – “İnter”, “Neftçi” – “Qəbələ” matçları iki finala təsadüf edib.

ETOPAZ

Əvvəlki yazı

Ən məhsuldar yarımfinal

Növbəti yazı

“Qarabağ” “Neftçi”yə çatdı