Günün kuponu – 05.12.2021

Günün kuponu – 05.12.2021

“Tottenhem” – “Norviç” – 1

Komandaların bütün turnirlərdə keçirdiyi son 5 oyuna nəzər salaq : “Tottenhem” 3 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət.

“Norviç” 2 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət. Bu göstəricilərdən belə qənaətə gəlmək olar ki, “Tottenhem” rəqibindən yaxşı formadadır. Turnir cədvəlində də tərəflər arasında məsafə uzundur: “Tottenhem” 6-ci, “Norviç” 19-cu pillədə. Doğma meydan amilini də nəzərə alsaq, Kontenin kollektivi bu şansı əldən qaçırmaz.

“Rayo Valekano” – “Espanyol” – 1

Bu mövsüm La liqaya qayıdan “Rayo Valekano” getdikcə xalını artırmaqla turnir cədvəlində Avropa zonasına yaxınlaşır. Evdə əla oynayırlar: 7 oyun, 6 qələbə, topların fərqi isə 16-3. Bunları nəzərə alıb “Rayo Valekano”nun qələbəsini ehtimal edirəm.

“Mançester Yunayted” – “Kristal Palas” – 1

Yeni məsqçi Ralf Ranqnikin debüt matçı “Old Trafford”da baş tutacaq. Ronaldo -Reşford cütlüyünə qoşulan Sanço hücüm xəttni gücləndirib.Turnir cədvəlinin ortalarında qərarlaşan “Kristal Palas” stabil oyun nümayış etdirə bilmir. Son günlər yaxşı əhval-ruhiyyədə olan mançesterlilərin qələbəsini görürəm.

“Mister X”dən ən son “Günün kuponu”

Mr. X

Əvvəlki yazı

Tyaqo Silva Droqbanın rekordunu arxada qoydu

Növbəti yazı

Sürpriz kupon – 05.12.2021